Argentina millisinin və "Tottenhem"in kapitanı Kristian Romero karyerasını "Atletiko"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı jurnalist Qaston Edulun məlumatına görə, 28 yaşlı müdafiəçinin transferi artıq razılaşdırılıb. Fabrizio Romano da klublar arasında razılığın əldə olunduğunu təsdiqləyib. Müqavilənin ümumi dəyəri bonuslarla birlikdə 40 milyon avro təşkil edir.

Qeyd edək ki, yayda "İnter"lə danışıqlar baş tutmamışdı. Bir neçə gün əvvəl "Barselona" danışıqları davam etdirməmək qərarı verib, "Tottenhem" isə oyunçusunu "Arsenal"a satmaq niyyətində olmayıb.

Romero 2022-ci ildən "Tottenhem"də çıxış edib və klubla birlikdə 2024/25 Avropa Liqasının qalibi olub. Dünya çempionu ötən mövsüm Premyer Liqada 23 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib, 9 sarı və 2 qırmızı vərəqə alıb. O, 2026 Dünya Çempionatında 7 matçda 1 qol vurub və 2 dəfə xəbərdarlıq alıb.