Musa Diabi yenidən Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" və "Bayer" (Leverkuzen) onun transferi üçün yarışır.
Milan təmsilçisi fransalı futbolçunu 35 milyon avroluq satınalma opsiyası ilə icarəyə götürməyi hədəfləyir.
27 yaşlı Diabi 2024-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. Onun Səudiyyə Ərəbistan klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.


