Xəbər verdiyimiz kimi, millinin keçmiş hücumçusu Məhəmməd Qurbanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Mövsümün ilk yarısını «Kəpəz»də keçirən, Yunis Hüseynovun gəlişindən sonra komandadan uzaqlaşdırılan, qış fasiləsinin əvvəlində isə «Keşlə»də baxışdan kençə bilməyən forvard I Divizionda özünü sınayacaq. O, Premyer Liqnaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan «Sabah»la 6 aylıq müqavilə bağlayacaq.
Offsideplus.az xəbər verir ki, futbolçu özü "Sabah"ın baş məşqçisi Arif Əsədova ağız açaraq ona yaya kimi şans verməyi xahiş edib.
Əsədov da dağıstanlının sözünü yerə salmayaraq, ona 6 aylıq özünü göstərmək imkanı verib.
Mənbə: Rekord.az