İspaniya Kral Futbol Federasiyası "Barselona" ilə bağlı intizam araşdırmasına başlayıb.

Offsideplus.az xəbər verir ki, buna "Atletiko"nun şikayəti səbəb olub. Madrid klubu katalonların Xulian Alvaresə maraq göstərməsi fonunda etik normaların pozulduğunu iddia edir. Alvaresin "Atletiko" ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir, lakin bu yay argentinalı hücumçu La Liqa klubları arasında mübahisə mövzusuna çevrilib.

Dünya çempionatı zamanı Alvares jurnalistlərə klubunu dəyişmək istədiyini bildirib. Marca-nın məlumatına görə, federasiya həm "Barselona"ya, həm də "Atletiko"ya araşdırmanın başlandığı barədə rəsmi bildiriş göndərib. İndi hər iki klub baş verənlərlə bağlı öz mövqeyini təqdim etməlidir. Bundan sonra müvafiq orqanlar vəziyyəti təhlil edib yekun qərar verəcəklər.

Məlumata görə, "Barselona" Alvaresi transfer etməkdə israrlıdır və hücum xəttini gücləndirmək üçün digər variantlar üzərində də işləyir. Alvaresin 10 avqustda "Atletiko"ya qayıtması gözlənilir.