"Barselona" "Nyukasl"ın futbolçusu Entoni Qordonun transferi barədə klubla prinsipial razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, katalon klubu İngiltərə millisinin 25 yaşlı vingeri üçün 70 milyon funt-sterlinq və bonuslar ödəyəcək.
"Barselona" artıq bu həftə futbolçunu tibbi müayinədən keçirməyi planlaşdırır və keçidi qısa zamanda rəsmiləşdirmək niyyətindədir.
Qordonla "Bayern Münhen" və "Liverpul" da maraqlansa da, ulduz futbolçu karyerasını İspaniyada davam etdirməyə üstünlük verib.
Qeyd edək ki, ingilis vinger Premyer Liqanın cari mövsümündə keçirdiyi 26 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə rəqib qapılarına 10 dəfə yol tapmağı bacarıb.


