"Portu" "Arsenal"dan icarəyə götürdüyü Yakub Kiviorun transfer hüquqlarına birdəfəlik sahib olub.
Offsideplus.az xəbər verir ki, Portuqaliya klubu müqavilədəki satınalma bəndindən istifadə edərək polşalı müdafiəçi ilə tam müqavilə imzalayıb.
Kivior icarə müddətində bütün turnirlərdə 38 matça çıxıb.
"Portu" klubundan verilən rəsmi açıqlamada deyilir:
"Klubumuz "Arsenal" ilə imzalanmış icarə müqaviləsindəki satınalma bəndini aktivləşdirib. Yakub Kiviorun idman və iqtisadi hüquqlarının 100%-i 17 milyon avro sabit məbləğ, həmçinin müəyyən hədəflərə çatacağı təqdirdə əlavə 5 milyon avro bonus qarşılığında birdəfəlik "Portu"ya keçib".


