Vinisius Junior Braziliya millisinin növbəti oyununu buraxa bilər.
Offsideplus.az xəbər verir ki, Fransa ilə oyunda meydanda olan futbolçu bu gün komanda ilə məşqə qatılmayıb.
25 yaşlı vinger yalnız məşq zalında fərdi məşqlə kifayətlənib və meydançaya çıxmayıb.
Qeyd edək ki, Braziliya - Xorvatiya matçı aprelin 1-də keçiriləcək.


