Noyabrın 15-də, “Dalğa Arena”da Ukrayna, 19-da isə Zeniça şəhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışına start verib.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı gənclərdən ibarət millinin hazırlıq prosesini Azərbaycanın əsas yığmasının və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da izləyib.