Kriştiano Ronaldo karyerasında yeni bir səhifə açaraq idman idarəçiliyinə addım atıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu, İspaniyanın köklü klublarından olan "Almeriya"nın 25 faizlik səhmlərini rəsmən satın alıb.
"The Touchline" nəşrinin yaydığı məlumata görə, Ronaldo bu addımı klubun gələcək inkişafında pay sahibi olmaq məqsədilə atıb.
Ronaldonun bu haqda açıqlaması belədir.
"Mən hər zaman klubların inkişaf prosesində iştirak etməyi hədəfləmişəm. 'Almeriya'nın potensialı çox böyükdür və mən rəhbərliklə çiyin-çiyinə çalışaraq komandanı növbəti səviyyəyə daşımağa hazıram".
Hazırda İspaniyanın ikinci divizionunda (Sequnda) mübarizə aparan "Almeriya" turnir cədvəlində kifayət qədər iddialı mövqedədir. Komanda 27 turdan sonra topladığı 48 xalla 3-cü sırada yer alır və lider "Rasinq"dən 2 xal geri qalır.


