"Şalke"nin baş məşqçisi Miron Musliç futbolçusu Hasan Kuruçaydan üzr istəyib.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "qol vuracağam" deyən futbolçusuna inanmayıb:

"Hasan Kuruçaydan üzr istəməliyəm. Oyundan əvvəl mənə "qol qoxusu alıram" demişdi. Mən də ona "qoxusunu ala bildiyin tək şey lahmacundur" demişdim. Amma qol vuraraq mənə gözəl bir cavab verdi. Fasilədə ondan üzr istədim".

Qeyd edək ki,"Şalke" Bundesliqa 2-nin son turunda "Holştayn Kil"i məğlub edib - 2:1. H. Kuruçay komandasının 2-ci qoluna imza atıb.

Onlar 43 xalla Bundesliqa 2-də liderdir.