Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.


Offsideplus.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  Rusiyanın “Krasnodar” klubundan dəvət olunmuş Ruslan Rzayev komandasının son oyununda zədələndəyi üçün yığmanın toplanışına qatılmayıb.

 Qeyd edək ki, yığmamız noyabrın 15-də Bakıda Ukrayna, 19-da isə səfərdə Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.