Abdullah Əl-Macid növbəti mövsümdə “Əl-Nəsr” klubunun prezidenti vəzifəsində qalmayacaq.
Offsideplus.az xəbər verir ki, klub yeni mövsüm ərəfəsində rəhbərlikdə dəyişiklik etməyə hazırlaşır.
Bu qərar qarşıdakı mövsüm öncəsi klubun idarəçilik strukturunda yenilənmə planlarının bir hissəsidir.
“Əl-Nəsr”in yeni prezidentinin kim olacağı və dəyişikliyin komandanın transfer siyasətinə necə təsir edəcəyi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı hökumətinə öz klubundan və digər klublardan şikayət ünvanlayıb.


