Kərim Benzema cümə axşamı keçiriləcək “Əl-Fəth”lə oyun üçün “Əl-İttihad”ın heyətinə salınmamasını klubdan xahiş edib.

Offsideplus.az xəbər verir ki, qərar futbolçunun özü tərəfindən verilib.

Məlumata görə, buna səbəb Benzema ilə “Əl-İttihad” arasında aparılan müqavilə uzadılması danışıqlarının nəticəsiz qalması olub. Tərəflər razılığa gələ bilmədikdən sonra fransalı hücumçu oyunda iştirak etməmək qərarı verib.

Hazırda Benzemanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.