21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov 24 oyunçunu dəvət edib. Dəvətlilərdən 6-sı ölkə xaricində legioner həyatı yaşayır. Yığmamız noyabrın 15-də Ukrayna, 19-da isə Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Kamran İbrahimov, Ömər Buludov, Ricat Qarayev, Əsgər Hüseynov, Rəhman Daşdəmirov (hamısı "Neftçi"), Amin Seydiyev, Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı "Qəbələ"), İsmayıl İbrahimli, Hacıağa Hacılı, Rövlan Muradov (hamısı "Qarabağ"), Murad Xaçayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), İsmayıl Muradov, Bahadur Həziyev (hər ikisi MOİK), Hüseynəli Quliyev ("Sabah"), Murtazəli Abakarov ("Səbail"), Hüseyin Seyliğli, Mətin Gülər (hər ikisi "Beşiktaş", Türkiyə), Ruslan Rzayev ("Krasnodar", Rusiya), Ziya Əzizov (“Neymegen”, Hollandiya), Ozan Can Kökcü ("Giresunspor", Türkiyə), Fərid Nəbiyev ("Slaviya", Çexiya).
Millimiz Ukrayna ilə “Dalğa Arena”da, Bosniya və Herseqovina ilə isə Zeniça şəhərində qarşılaşacaq.