Dünən keçirilən “Neftçi” – “Zirə” matçında ev sahibi komandanın oyunçusu Baqali Dabodan örnək davranış olub.
Offsideplus.az xəbər verir ki, bir epizodda hakim İnqilab Məmmədov topun “Zirə” futbolçularından çıxıdığını düşünərək “Neftçi”nin xeyrinə küncdən zərbə təyin etsə də, futbolçu hakimə yaxınlaşaraq topun ondan çıxdığını bildirib. Bundan sonra hakim qərarını dəyişərək oyunçuya təşəkkür edib.
Qeyd edək ki, görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.