Olivye Jiru Avropa futboluna qayıdır.
Offsideplus.az xəbər verir ki, fransız hücumçu "Los Anceles" klubundan ayrılmaq üzrədir. Fransanın "Lill" klubu futbolçu və ABŞ təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Müqavilənin müddəti 1+1 illik olacaq.
"Foot Mercato" nəşrinin məlumatına görə, Jiru danışıqlara start verib və özü Avropa futboluna qayıtmaq arzusunda olub.