PSJ baş məşqçi Luis Enrike ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az "L’Équipe"yə istinadən xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə danışıqlara başlayıb.
İspaniyalı mütəxəssisin hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında ümumilikdə 9 titul əldə edən komanda tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.


