Bu gün Qətər Qran-Prisi üzrə sıralama turu baş tutub. 

Offsideplus.az xəbər verir ki, sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq yarışa ilk yerdən "Maklaren" pilotu Oskar Piastri start verəcək. Digər "Maklaren" pilotu Lando Norris sıralama turunu ikinci, "Red Bull"dan Maks Ferstappen isə üçüncü yerdə bitirib.

Qeyd edək ki, bu gün baş tutan sprint yarışını O.Piastri qazanıb.

Sprintdən sonra avstraliyalı pilot komanda yoldaşı ilə xal fərqini 22-yə endirib. Hazırda sürücülərin cədvəlində Norris 396 xalla birinci, Oskar 374 xalla ikinci, Maks isə 371 xalla üçüncüdür.