Formula 1-də mübarizə qaldığı yerdən davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycandan sonra növbəti dayanacaq Sinqapurdur.
Bu gün 2 sərbəst yürüş baş tutacaq.
Sabah kvalifikasiya, bazar günü isə əsas yarış olacaq.
Bakıdan xalsız qayıdan "Maklaren"in pilotu Oskar Piastri çempionata başçılıq etməyə davam edir. Onun aktivində 324 xal var.
Ən yaxın rəqibi olan komanda yoldaşı Lando Norris isə 299 xala malikdir.
Azərbaycan yarışının qalibi Maks Ferstappen 255 xalla 3-lüyü qapayır.
Bakıda "Mühəndislər Kuboku"nda çempionluğu əldə edə bilməyən "Maklaren" Sinqapurda bunu reallaşdıra bilər.



