Barselona və Spa (Belçika) Formula 1 təqvimində qalmağa davam edəcək.
Offsideplus.az xəbər verir ki, lakin bu Qran-prilər bir-birini əvəz edərək təqvimdə qalacaq.
Belə ki, 2027, 2029 və 2031-ci illərdə Spada, 2028 və 2030-cu illərdə isə Barselonada yarış baş tutacaq.
Qeyd edək ki, Spa F1-dəki ən özünəməxsus pistlərdən biridir. Burada ilk F1 keçirilən ildən (1950) etibarən yarışlar keçirilir.



