2011-2024-cü illərdə "Formula 1"də çıxış etmiş Daniel Rikkardo motosiklet qəzası keçirib. 

Offsideplus.az xəbər verir ki, hadisə Danielin ölkəsində - Avstraliyada baş verib. Avstraliyalı pilot dərhal "Mossman" xəstəxanasına çatdırılıb. Onun durumunun sabit olduğu bildirilir. 

Rikkardonun körpücük sümüyünün qırıldığı qeyd olunur.  

Ən son "Racing Bulls" komandasında çıxış edən D.Rikkardo F1 karyerası ərzində 8 qələbə qazanıb, 32 dəfə podiuma qalxıb.