UFC döyüşçülərinin hər döyüş üçün qazandıqları məbləğlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, siyahıya Konor MakGregor liderlik edir və o, 1 döyüşdən 39,3 milyon dollar gəlir əldə edib. İkinci yerdə 22,9 milyon dollarla Xabib Nurməhəmmədov, üçüncü pillədə isə 17,2 milyon dollar qazanan Con Cons qərarlaşıb.
Siyahıda digər məşhur döyüşçülər də yer alıb. Məsələn, Alistair Overeem 14,4 milyon dollar, Stipe Miocic 13,6 milyon dollar, Anderson Silva isə 13,5 milyon dollar qazanır.
Maraqlı məqam isə hazırda UFC çempionu olan İslam Maxaçevin siyahının sonlarında olmasıdır. O, hər döyüş üçün 8,8 milyon dollar qazanaraq 19-cu yerdə qərarlaşıb.
UFC döyüşçülərinin qazancına döyüş müqavilələri, sponsorluqlar və əlavə bonuslar təsir edir. Konor MakGregorun bu qədər yüksək məbləğ əldə etməsinin əsas səbəbi onun təkcə döyüşlərdə deyil, reklam və biznes sahəsində də böyük uğur qazanmasıdır.
UFC-də ən çox qazanan 10 döyüşçü:
1. Konor MakGregor – 39,3 milyon $
2. Xabib Nurməhəmmədov – 22,9 milyon $
3. Con Cons – 17,2 milyon $
4. Alistair Overeem – 14,4 milyon $
5. Stipe Miocic – 13,6 milyon $
6. Anderson Silva – 13,5 milyon $
7. Brock Lesnar – 13,3 milyon $
8. Alex Pereira – 12,5 milyon $
9. İsrael Adesanya – 11,5 milyon $
10. Andrei Arlovski – 11,2 milyon $