"Rafael Fiziyev Dan Hukerin zədələndiyini bildikdən sonra Castın Qeyci ilə döyüşməyə məmnunyyətlə razılaşdı. Çünki 2023-cü ilin sentyabrında Mateuş Qamrotla döyüşdə dizindən zədələndiyinə görə heç bir rəsmi görüşə çıxmamışdı".
Offsideplus.az xəbər verir ki, bu sözlər UFC-nin rəsmi saytında qeyd olunub.
Azərbaycanlı Rafael Fiziyevin martın 9-da UFC313 yarışı çərçivəsində ABŞ təmsilçisi Castin Qeyciyə qarşı keçirəcəyi döyüşə həsr olunan məqalədə maraqlı məqamlar nəzərə çatdırılıb.
Bildirlir ki, qarşıdakı döyüş həmvətənimiz üçün özünü göstərmək baxımından yaxşı imkan olacaq: "Fiziyev və Qeyci arasında 2023-cü ilin martında Londonda keçirilən baxımlı döyüş bərabər səviyyədə başladı. Lakin 3-ü raund tamamilə Qeycinin aktivinə yazıldı. Buna görə də o, hakimlərin yekdil qərarı ilə qalib gəldi. İkiillik fasilədən sonra idmançıların hansı mövqedə olmasını görmək böyük maraq kəsb edir. Bu, yüngül çəkidə kəmər qazanmaq istəyən Fiziyevin məqsədinə yaxınlaşmaq üçün əla şans olacaq. Qarşıdakı görüşdə görəcəyik ki, o, bu səviyyəyə yüksəlməyə hazırdır, yoxsa necə deyərlər, özünü silkələyib, daha yaxşı forma yığmalıdır".
Qeyd edək ki, idmançımızın döyüşü ABŞ-ın Las-Veqas şəhərində yerləşən "T-Mobile Arena"da martın 9-da Bakı vaxtilə 7-8 radələrində başlayacaq.