2025-ci ilin ilk reytinq turnirinə bu gün Xorvatiyada start verilib.

Offsideplus.az xəbər verir ki, reytinq turnirində iştirak edən millimiz, yarışın ilk günündə 5 medal qazanıb. Medallardan birinin əyarı qızıl olub. Digər 4 medaldan 2-si gümüş, 2-si isə bürünc olub. Belə ki, İslam Bazarqanov gümüş medal, Nürəddin Novruzov (61 kq) bürünc, Əli Rəhimzadə (65 kq) bürünc, Kənan Heybətov (70 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) bürünc, Arseniy Djioyev (86 kq) isə gümüş medal qazanıb.

Qeyd edək ki, növbəti gündə Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) xalçaya çıxacaq.