Sosial şəbəkədə at çapmaqla fenomenə çevrilən 12 yaşlı Gülay Fərzəliyevanın ayağı sınıb.

Offsideplus.az xəbər verir ki, yelləncəkdən yıxılan Günayın ayağı sınıb.
Bu barədə onun "İnstagram” hesabında məlumat paylaşılıb: "Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadı. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin”.