Türkiyənin "Beşiktaş" klubu daha əvvəl 1 məşqçi və 1 futbolçuda koronavirus (COVİD-19) aşkarlandığından ikinci dəfə testdən keçmişdi.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 13 mayda futbolçular, texniki heyət və digər əməkdaşlardan ikinci dəfə götürülən testlərdən 8-inin cavabı müsbət olub.
Testi müsbət olanlardan 7-sinin klub əməkdaşı, birinin futbolçu olduğu bildirilir.
Klubun prezidenti Ahmet Nur Çebinin də testi pozitiv olub.