"Barselona"nın "Bavariya"da forma geyinən Kinqsli Komanla maraqlandığı barədə xəbər yayılıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu Lautaro Martines və ya Neymarın komandaya keçidi alınmasa, fransalını heyətə cəlb edəcək. Münhen təmsilçisi oyunçuya 60 milyon avro qiymət qoyub. 

Qeyd edək ki, 23 yaşlı oyunçu cari mövsümdə 24 oyun keçirib və 5 qol vurub. Futbolçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.