"Ayaks" klubunun baş məşqçisi Françesko Farioli vəzifəsini tərk edib.
Offsideplus.az xəbər verir ki, onu Erik ten Haqın əvəz edəcəyi gözlənilir. Amsterdam təmsilçisi komandanı yenidən 55 yaşlı mütəxəssisə etibar etmək istəyir.
Bu barədə "Sky Sport DE" məlumat yayıb.
Ten Haq daha öncə 2018-ci ilin yanvarından 2022-ci ilin mayına qədər "Ayaks"ı çalışdırıb. Onun dövründə Amsterdam klubu 3 dəfə Erediviziyanın qalibi olub.
Niderlandlı mütəxəssis son olaraq "Mançester Yunayted"i çalışdırıb. O, ötən ilin oktyabrından bəri işsizdir.