Niderlandın "Telstar" klubu 4 futbolçunun keçidini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Erediviziya təmsilçisi Ozan Can Kökcü, Özgür Aktas, Roman Tuqarinov və Yassin Zakiri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, ötən mövsüm "Sabah"dan icarə əsasında "Telstar"da çıxış edən Kökçü, 16 oyun keçirib.