Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rayan Donkun nənəsi koronavirusdan dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı hollandiyalı yarımmüdafiəçi rəsmi "Instagram" hesabında etdiyi açıqlamada kədərləndiyini bildirib: "Möhtəşəm bir nənəmiz var idi. Bu qorxunç xəstəlik onu bizdən çox tez ayırdı, amma bizi hər zaman görəcəyini bilirəm. Cismən yanımızda olmasa da, sonsuza qədər qəlbimizdə yaşayacaq. Səninlə hər zaman fəxr edəcəyik”.
Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edir.