"Feyenoord" Hollandiya kubokunun yarımfinal mərhələsində "Villem II" klubunu 3 cavabsız qolla məğlub edərək fnala vəsiqə qazanıb.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, 59-cu dəqiqədə fərqlənən Robin Van Persi Rotterdam klubunda 300-cü qoluna imza atıb.

Təcrübəli hücumçu "Feyenoord"a qayıdandan sonra yaxşı statistika müəyyənləşdirib. O, hər 67 dəqiqədən bir fərqlənir.