2022 Dünya Kubokunun finalının formaları satışa çıxarılır. Lionel Messinin finalda və digər 6 matçda tərlətdiyi formalar Nyu-York auksionunda satılacaq. 

Offsideplus.az xəbər verir ki, bu futbol geyimlərinin 8 milyon funt sterlinqdən daha baha qiymətə alınacağı gözlənilir. 

8 dəfə “Qızıl top”un qalibi olan Messi ölkəsini Dünya Kuboku zəfərinə daşıyarkən 7 qolla əsas pay sahibi olub. Kolleksiyada Messinin Fransa ilə final qarşılaşmasının ilk hissəsində, eləcə də Xorvatiya ilə yarımfinal, Niderlanda qarşı epik 1/4 final, Avstraliya ilə 1/8 final matçında geyindiyi formalar yer alacaq. 

İdman tarixində auksionda satılan ən bahalı geyim əfsanəvi basketbolçu Maykl Cordanın 1998-ci il NBA finallarının 1-ci oyununda əynində olan "Çikaqo Bullz" formasıdır. 2022-ci ilin sentyabrında 8,1 milyon funt sterlinq olan rekordun Messi ilə bağlı auksionda tarixə çevriləcəyi deyilir.   

Qeyd edək ki, məbləğin bir hissəsi xeyriyyə məqsədləri üçün istifadə olunacaq.mj 1998