Marko Materatsi illər sonra DÇ-2006-da Zinədin Zidanla baş verən insident zamanı nə söylədiyini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "Italian Football TV"yə müsahibə verən italiyalı sabiq müdafiəçi Zidanın ona kəllə atmasının səbəbini açıqlayıb:

"NBA-da atmacaların olduğunu bilirsiniz, hə? Mənim atmacamı onlarla qarşılaşdırsanız heç nə idi. Zidan mənə kəllə atmadan öncə forma dəyişdirməyi təklif etdi. Mən isə "Xeyr, bacına üstünlük verərdim", dedim".

Qeyd edək ki, 2006-cı il dünya çempionatının qalibi İtaliya millisi olmuşdu.