Fransa milli komandasında xeyli itkilər var.

Offsideplus.az xəbər verir ki, millinin son məşqini 5 futbolçu buraxıb.

Bunlar Orelyan Çuameni, Teo Ernandes, İbrahima Konate, Rafael Varan və Kinqsli Komandır. Çuameninin ombası əzilib. Ernandesin dizində zədə var. Digər 3 oyunçu isə soyuqdəymə ilə üzləşib.