Fransa yığmasının daha 2 futbolçusu DÇ-2022-nin finalı öncəsi qripə yoluxub.
Offsideplus.az xəbər verir ki, Adrien Rabyo və Dayo Upamekanonun ardından mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate də xəstəliyə tutulub. Bildirilir ki, hazırda Varandakı xəstəlik simptomları daha ağırdır. Konate isə yüngül xəstəlik keçirib. Hər iki futbolçunun vəziyyəti Fransa yığmasının məşqçilərini narahat edir. Onların dünya çempionatının finalında oynayıb-oynamayacağına - qərar qəbul etməzdən əvvəl səhhətlərinə diqqətlə nəzarət olunacaq.
Qeyd edək ki, Fransa dekabrın 18-i DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.