Mərakeş Futbol Federasiyası mundialın yarımfinalında Fransa ilə keçirilən oyunun (2:0) hakimliyindən FİFA-ya şikayət edib.
Offsideplus.az xəbər verir ki, federasiya Fransanın cərimə meydançasında rəqibin müdafiəçi Teo Ernandesin mərakeşli hücumçu Sofian Bufalla toqquşduğu epizodda hakimin verdiyi qərardan narazıdır.
Onlar Hernandesin cəzalandırılmalı olduğunu düşünürlər. Bu epizoddan sonra isə fransızlar hücuma keçiblər və Teo Hernandes Mərakeşin qapısına qol vurub.