DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qarşı matçda (3:0) meydana start heyətdə çıxan və sona qədər mübarizə aparan Leo Messi bəzi epizodlarda Argentina tərəfdarlarını qorxudub.
Offsideplus.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən 35 yaşlı hücumçu tez-tez bud nayihəsini tuturdu. Futbolçunun komanda yoldaşı Emiliano Martines Messinin durumu barədə bu sözləri deyib:
"Xeyr. Xeyr, zədələnməyib. Niderland qarşı 120 dəqiqə oynamışdıq, bu, onun üçün ağır oyun idi. Sona qədər oynamaq istəyir. Fiziki olaraq, yaxşıdır. O, hər matçın ən yaxşısı seçiləcək oyunçudur".
Qeyd edək ki, Argentina millisi finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.