Qətərdə keçirilən dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topu təqdim edilib.
Offsideplus.az FİFA-nın saytına istinadən xəbər verir ki, top "Al Hilm" - ərəb dilindən tərcümədə "Arzu" adlanır.
Xatırladaq ki, mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də keçiriləcək. Yarımfinalda Argentina Xorvatiya, Fransa isə Mərakeş ilə qarşılaşacaq.
Qeyd edək ki, həlledici görüş "Lusail" stadionunda olacaq.