Bu gün dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, əvvəlcə İspaniya millisi Mərakeşlə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında dəqiq olan (3:0) Mərakeş tarixində ilk dəfə mundialın 1/4 finalına yüksəlib. Mərakeş millisinin qapıçısı Yassin Bunu rəqibin iki penaltisini dəf edib.

1/8 finalın son görüşündə isə Portuqaliya İsveçrə ilə üz-üzə gəlib və 6:1 hesabı ilə qalib gəlib. Beləliklə, Portuqaliya 1/4 finalda Mərakeşlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

6 dekabr

DÇ-2022, 1/8 final