Fransa yığma komandasının üzvü Olivye Jiru yığmada tarixi rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə hazırda davam edən görüşdə fərqlənməklə nail olub. Nəticədə Jiru millidə vurduğu qolların sayını 52-yə çatdırıb. Bununla da o, Tyeri Anrini geridə qoyub və Fransa yığmasının ən yaxşı bombardiri olub.

Qeyd edək ki, Jiru 2011-ci ildən Fransa millisində oynayır. Anri isə 1997-2010-cu illərdə yığmanın formasını geyinib.

Əlavə edək ki, Fransa - Polşa oyununda hazırda hesab 2:0-dır.