Meksika millisinin baş məşqçisi Xerardo "Tata" Martino vəzifəsindən istefa verib.

Offsideplus.az xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssis özü açıqlayıb. O, DÇ-2022-nin C qrupu üzrə Səudiyyə Ərəbistanına qarşı oyundan (2:1) sonra bu sözləri deyib: "Referi final fitini səsləndirən anda mənim müqaviləm başa çatdı".

Qeyd edək ki, Meksika millisi C qrupundan çıxa bilməyib və mundialla vidalaşıb.