DÇ-2022-nin qrup mərhələsi üzrə sonuncu - 3-cü turun digər oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.

D qrupunda pley-offu təmin edən Fransa Tunisə uduzub - 0:1. Avstraliya isə Danimarkaya qalib gəlib - 1:0. Nəticədə Avstraliya qrup 2-cisi kimi 1/8 finala vəsiqə qazanıb.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gəlib. Oyun Argentinanın 2:0 hesablı qəlbəsi ilə başa çatıb. Qrupun digər matçında Səudiyyə Ərəbistanı yığması Meksika ilə qarşılaşıb. Görüş Meksikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Argentina lider, Polşa isə qrup ikincisi olaraq pley-offa yüksəlib.

Xatırladaq ki, Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ da 1/8 finala yüksəlib.

30 noyabr

DÇ-2022

Qrup mərhələsi, III tur