DÇ-2022-nin ikinci turunda keçirilən Polşa - Səudiyyə Ərəbistanı görüşünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu, Polşa yığmasının hücumçusu Robert Levandovski olub. 34 yaşlı forvard matçın 82-ci dəqiqəsində fərqlənib. Bu, qol Levandovski üçün dünya çempionatında ilk olub.
Qeyd edək ki, sözügedən görüşdə Polşa Səudiyyə Ərəbistanına qalib gəlib - 2:0.