FİFA Rusiyada keçirilən və artıq sona yaxınlaşan mundialda iştirak edən futbolçulardan alınan dopinq-test yoxlamalarının nəticələrini açıqlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, heç bir futbolçuda dopinqli maddə aşkarlanmayıb. Çempionatın əvvəlində 2761, gedişində isə 626 yoxlama aparılıb. Bütün yoxlamalar müsbət sonluqla yekunlaşıb və oyunçuların heç birində dopinq aşkarlanmayıb.

FİFA həmçinin əldə edilən nəticələrin 10 il boyunca yenidən incələnə biləcəyini də bəyan edib.