DÇ-2018-in qrup mərhələsinin son turu çərçivəsində keçirilən Yaponiya - Polşa və Seneqal - Kolumbiya matçlarının ən yaxşıları məlum olub.
Offsideplus.az xəbər verir ki, nominal qonaqların 1:0 hesabı ilə qalib gəldiyi matçların hər ikisində qol müəllifləri fərqləndirilib. Ardıcıl 2-ci qələbəni qazanan Kolumbiyanın futbolçusu Yerri Mina Seneqalla matçın qəhrəmanı olub. Polşa millisində isə Yan Bednarek matçın admı seçilib.
Qeyd edək ki, qol müəlliflərinin ən yaxşı seçilməsi Rusiyadakı mundialın əksər qarşılaşmalarında qeydə alınıb.