Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya uduzduqları (1:2) oyundan sonra məğlubiyyəti şərh edib.

Offsideplus.az xəbər verir ki, İvan Perişiçin qolu ilə hesabı açan xorvatlar üstünlüklərini qoruya bilməyiblər. Kriştianu Ronaldu və Qonsalu Ramuşun qolları Portuqaliyaya geridönüş edərək mərhələ adlamaq imkanı verib.

Matçın son dəqiqələrində Yoşko Qvardiolun vurduğu bərabərlik qolunun VAR tərəfindən ofsayd səbəbindən ləğv edilməsi Daliçi xüsusilə məyus edib. O, qərarla bağlı narazılığını belə ifadə edib:

"Xahiş edirəm, ləğv edilən qol barədə məni danışdırmayın. Bu qərarlar futbolun sevincini və emosiyalarını öldürür. VAR kömək edə bilər, amma insanın daxilindəki hər şeyi məhv edir. Bununla barışmaq asan deyil. Futbol ədalətli olmalıdır, lakin biz VAR məsələsində çox uzağa getmişik. Xorvatiya uduzdu və biz kədərliyik. Portuqaliyanı təbrik edirəm, lakin bu müzakirələrə dərinliklə varmaq istəmirəm".

Daliç böyük ehtimalla karyerasında sonuncu mundialını keçirən kapitan Luka Modriç barədə isə bu fikirləri səsləndirib:

"Bu, çox güman ki, onun sonuncu dünya çempionatı idi və hər şeyin bu cür bitdiyinə görə təəssüf edirəm. Çox kədərlidir ki, məğlubiyyətlə yekunlaşdı. Luka ikinci hissədə oynadı və yenə də əsas açar oyunçularımızdan biri oldu. Sonluğun bu cür olmasına doğrudan da çox üzülürəm. O, öz keyfiyyətini, xarakterini nümayiş etdirdi və sona qədər Xorvatiyanın lideri oldu".