Belçika millisinin qapıçısı Tibo Kurtua Misirlə keçiriləcək oyun öncəsi yığmadakı karyerasını bitirmək barədə düşündüyünü deyib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı qolkiper dünya çempionatından sonra estafeti gənclərə ötürməyin vaxtı gəldiyini bildirib:

"Bu turnirdən sonra yığmada davam etməmək ehtimalım daha yüksəkdir. Klub səviyyəsində hələ bir neçə il də oynamaq istəyirəm, ona görə də bədənimi qorumalıyam. Ailəm də bura gəlib, çünki bu, mənim son turnirim ola bilər. Amma əgər yaxşı nəticə qazansaq və komandada gözəl ab-hava davam etsə, fikrimi dəyişə bilərəm. Turnirdən sonra baş məşqçi, texniki direktor Vinsent Mannaert və həkimlərlə müzakirə aparacam".