Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu "Yeni Malatyaspor"un qonağı olub. Ankara təmsilçisi 3 cavabsız qolla qalib gəlib. Dadaşov matçın 82-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, qələbədən sonra 13 xal toplayan komanda 8-ci pilləyə qalxıb.