Misli Premyer Liqasının X turunda "Kəpəz" "Qarabağ"a məğlub oldu - 0:5.
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, futbolçular rəqibdən çəkinməsinlər. Hissə-hissə buna nail olurduq. Lakin çatışmazlıqlar var. Bunları həll etməyə çalışacağıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Avropa Liqasında uğurlar arzu edirəm".