Misli Premyer Liqasının X turunda "Qarabağ" "Kəpəz"i 5:0 hesabı ilə darmadağın etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirildi. 

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Futbolçularımı təbrik edirəm. Müəyyən fasilədən sonra çox yaxşı qələbə qazandıq. Düzdür, oyunçularımızdan razı qalmadım. Stadionun durumu, oyunçuların hazırlığı o qədər yaxşı deyildi. Futbolçularda əlaqə problemi var idi. Tam komanda olaraq təkcə dünən məşq etmişdik. Fərqli rəqibə qarşı oynayırdıq. "Neftçi" ilə qələbədən sonra bu görüşə də tam başqa hazırlamışdılar. Yaxşı hücumlar qurduq. İkinci hissədə daha yaxşı oynadıq. Düşünürəm ki, lazımi və vacib qələbə qazandıq".